Qurban Qurbanova etiraz: "Neftçi" "Qarabağ"a güzəşt etməməlidir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov açıqlamasında Çempionlar Liqasında "Nyukasl" matçı öncəsində "Neftçi" ilə oyunun təxirə salınmasını istəyə biləcəklərini bildirib.
Supersport.Az xəbər verir ki, "Neftçi"nin bəzi azarkeşləri bu fikrə qarşı çıxıb.
"Neftchi Baku Fan Page" bu haqda etirazını bəyan edib:
"Neftçi" azarkeşləri olaraq buna qarşıyıq. Azərbaycan futbolu naminə çox şeylər etmişik, çox güzəştə getmişik. Amma bundan sonra güzəşt etmək fikrimiz yoxdur. Belə şeylər ancaq bizə qalıb? Heç bir halda "Neftçi" buna razı olmamalıdır. Çıxın oyununuzu oynayın, mübarizə aparın. Kifayət qədər gücünüz də, heyətiniz də var buna. Necə ki, digər oyunlardan əvvəl liqada da oynadınız, eyni qayda ilə burda da oynayın. Bizə bu oyun rəqib "Qarabağ" olduğu üçün yox, öz müqəddəratımızı həll etmək üçün lazımdır. "Qarabağ" istəyir bizimlə oyuna 2-ci heyətlə, istəsə "dubl" ilə gəlsin fərq etmir. Meydanda rəqib rəqibdir. Hər dəfə bizim oyunlar gələndə hərə bir söz danışır, hərə bir şey istəyir. Birmənalı şəkildə "Neftçi" buna getməməlidir. Əgər "Neftçi" razılıq verməsə oyun baş tutacaq və bu, bizim üçün vacibdir. Ümid edirik ki, hər kəsə hər şey aydındır. Bir daha qeyd edirik, "NEFTÇİ" - "QARABAĞ" OYUNUNUN TƏXİRƏ SALINMASINI İSTƏMİRİK VƏ BUNUN QƏTİ SURƏTDƏ ƏLEYHİNƏYİK!"