Azər Bağırov: "Kəpəz"i tanıya bilmirəm"
Futbol
118
11 Aprel 2026 - 10:28
Supersport.Az xəbər verir ki, "Karvan-Yevlax"a məğlub olan "Kəpəz"in baş məşqçisi Azər Bağırov açıqlama verib.
"Çempionat sona yaxınlaşır. İtkilərimiz çox idi. Dəyişikliklər etmək istədik, amma mərkəz və cinah müdafiəçisi mövqeyini düzəldə bilmədik. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə görüşdə bəsit qollar buraxdıq. İndi də "Karvan-Yevlax"la. Futbolçularımızla danışacağıq. İstənilən halda irəli baxacağıq".