"Sabah" yəhudi klubunu məhv edib liqa mərhələsinə düşdü
Bu gün UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin pley-offunda cavab matçları keçirilir.
Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu "Sabah" Bakıda "Hapoel" (B-Şeva) klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda 7 qol vurulub. "Sabah" "Hapoel"i 5:2 hesabıyla məğlub edib. Azərbaycan çempionu bununla Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.
Buxarestdə ilk görüşdə "Hapoel" 2:1 üstün gəlib.
"Sabah" sərfəli qələbə qazansa, liqa mərhələsinə vəsiqə qazanacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:45. "Sabah" (Azərbaycan) – "Hapoel" (B-Şeva) 3:2 (Əlavə vaxt - 5:2)
Qollar: Nvaçukvu 38, Umarali Raxmonəliyev, 74 , T.Mütəllimov,90+4, Mbina, 101, Coy-Lens Mikels,115, - İqor Zlatanoviç, 10, Mizrahi, 61
İlk oyun – 1:2.