Yığma məğlubiyyətlə barışdı
Futbol
186
26 Oktyabr 2026 - 19:35
Bakıda təşkil olunan dünya çempionatında Azətbaycanın (U-15) millisi ikinci məğlubiyyətini alıb.
Supersport.Az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb. Azərbaycan yığması rəqibinə 0:4 hesablı uduzub.
Millimiz bundan əvvəl İsrail yığmasını 3:1 məğlub etmişdi.
Bununla da Azərbaycan seçməsi millisi 9 xalla qrupda 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.