"Qızıl top"un qalibi Harri Keyn oldu - Fotolar

"Qızıl top"un qalibi Harri Keyn oldu - Fotolar
Futbol, Foto
113
27 Oktyabr 2026 - 07:47

İngiltərə millisinin və "Bayern"in hücumçusu Harri Keyn 2026-cı ilin "Qızıl top" mükafatını qazanıb. 


Supersport.Az xəbər verir ki, mükafatı Londonda Harriyə braziliyalı əfsanəvi futbolçu Ronaldo təqdim edib.


33 yaşlı forvard ilin ən yaxşı hücumçusu da seçilib. 


Harri Keyn "Bayern"lə Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku, İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalını qazanıb.


Bir il ərzində klub, milli heyətində keçirdiyi 65 oyunda 73 qol vurub.


Xatırladaq ki, ötən il "Qızıl top"u PSJ-nin hücumçusu Usman Dembele qazanıb.

Digər xəbərlər