Rövşən Nəcəfin zülmü

Rövşən Nəcəfin zülmü
Eksklüziv, Tribuna
561
31 Dekabr 2025 - 21:33

Allah zalımları da cəzalandıracağını bəyan edib.


İdarəçilər də ədalətli, doğru, peşəkar olmalıdırlar. 


SOCAR, AFFA prezidenti Rövşən Nəcəf 21 aydır dövlətin futbola ayırdığı milyonları boşuna xərcləyir, bu sahəni də bərbad günə qoyub, biabırçı məğlubiyyətlərlə barışan milli komanda qələbəyə həsrətdir. 


Rövşən Nəcəf zülmə də davam edir. 


AFFA rəhbərliyi, xeyli müddətdir qurumda çalışan əksər işçilərin məvacibini artırıb, məzlumları - xidmətçilər, sürücülər, mühafizəçiləri unudub.


Rövşən Nəcəf özüylə yanaşı, Cahangir Fərəcullayev, Sərxan Hacıyev, Balakişi Qasımovla Elxan Məmmədovun da kadrlarının maaşını qaldırıb, vaxtında da pullarını alırlar.


AFFA klubları da saymır, haqsızlıq edir. Rövşən Nəcəf dövlətin komandalara ayırdığı pulu vaxtında ödəmir, onlara əziyyət verir. AFFA prezidenti Rövşən Nəcəf klublara bildirib ki, yenə gözləyin və qalan ikiaylıq ödəniş gələn ay verilə bilər.


R.Nəcəf əcnəbilərə milyonları vaxtında ödəyir, klublara da gələndə "əli bağlanır", simiclik edir. Həqiqətən də ayıbdır.


Rövşən Nəcəf, məzlumları, bəzi mütəxəssisləri əzir, media nümayəndələrinə qarşı da ayrı-seçkilik edir. 


Ölkədə hər gün bahaçılıq, Rövşən Nəcəfin də ədalətsizliyi artır. 


Allahdan qorxun, ədalətli olun, qiyamət gününü siz də yaddan çıxarmayın AFFA rəhbərliyi.


Pis əməllərdən çəkinin, cəzalanmayın, yaxşı işlər görün ki, mükafat qazanın.


Supersport.Az

Digər xəbərlər