"Qarabağ" İngiltərəyə gedir
Futbol, Eksklüziv
114
26 Yanvar 2026 - 09:31
Supersport.Az-ın əldə etdiyi məlumata görə, UEFA Çempionlar Liqası liqa mərhələsinin son turunda İngiltərədə "Liverpul"un qonağı olacaq "Qarabağ" səfərə erkən yollanacaq.
Ağdam klubunu aparacaq təyyarənin bu gün saat 15:00-da havaya qalxacağı gözlənilir.
"Qarabağ" İngiltərə səfərinə oyundan iki gün əvvəl gedəcək. Sabah Azərbaycan komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələri qarşısına çıxacaq. Ağdam klubu "Anfield" stadionunda məşq edəcək.
"Liverpul" - "Qarabağ" matçına yanvarın 28-də Bakı vaxtilə 23:59-da start veriləcək. Oyunun keçiriləcəyi "Enfild" stadionunun 142 illik tarixə malikdir, tamaşaçı tutumu 61 min 276-dır.