Qurban Qurbanov ölümdən danışdı, halallaşdı - Video
Futbol, Eksklüziv, Video
279
24 Yanvar 2026 - 23:09
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun jurnalistin sualına cavabını videogörüntüyə alıb. Mütəxəssis ölümdən danışıb, halallaşıb.
"Ayaks"la oyundan sonra sizin haqqınıza girənlərə haqqınızı halal edirsiniz? sualını Qurbanov belə cavablandırıb:
-
"Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqda düz fikirləşməmişik. 10-15 ildir bu, davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz bəlkə bu dünyadan daha tez köçdük".