"Qarabağ"ın əsas və ya ehtiyat heyətinin fərqi yoxdur"

"Qarabağ"ın əsas və ya ehtiyat heyətinin fərqi yoxdur"
Futbol
215
24 Yanvar 2026 - 18:55

Supersport.Az xəbər verir ki, "Qarabağ"ı məğlub edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov fikirlərini bildirib:


"Əvvəla, fürsətdən istifadə edib "Qarabağ"ı Çempionlar Liqasındakı qazandığı qələbə münasibətilə təbrik edirəm. Komanda üçün Avrokubok yolu bundan sonra da davam edər və yaxşı nəticələr qazanar. Bu matça gəlincə, "Qarabağ"a qarşı oynadığımız üçün nə qədər çətin olacağını bilirdik. "Qarabağ"ın əsas və ya ehtiyat heyətinin fərqi yoxdur. "Qarabağ" ən top komandalardan biridir. Bunu Avropada da sübut edirlər. Maraqlı qarşılaşma alındı. Futbolçularımız yaxşı oynadılar, mübarizə apardılar. Azarkeşlərimizi, futbolçularımızı təbrik edirəm".

Digər xəbərlər