Yuri Vernidub: "İnanmasaydım, burada olmazdım"

Yuri Vernidub: "İnanmasaydım, burada olmazdım"
Futbol
286
23 Yanvar 2026 - 23:25

Supersport.Az Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə"ylə heç-heçə edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidubun fikirlərini təqdim edir.


"İlk hissə bizim üçün o qədər də uğurlu alınmadı. Təlim-məşq toplanışında qazandığımız qələbələr xal gətirmir, burada isə qarşımızda duran tələblər fərqli və çətindir. Çünki hər oyunda qalib gəlməliyik. Turnir cədvəlində olduğumuz yerdən xeyli yuxarı qalxmaq istəyirik. Bəlkə də, bunun yaratdığı təzyiq futbolçulara istədiyimiz kimi oyun göstərməyə imkan vermədi. İkinci hissədə bəzi dəyişikliklər etdik. Futbolçularım çox çalışdılar, amma qalib gələ bilmədik. Komandamızın üzvləri nəticədən çox məyus oldular. Qarşıda görəcəyimiz işlər çoxdur. Hələ 16 oyun var və üzərimizdə daha çox işləyə bilərik ki, qələbələr qazanaq. "Neftçi" ilə uğur qazanacağıma inanmasaydım, burada olmazdım".

Digər xəbərlər