"Qarabağ"ın pley-off-da rəqibləri - Foto
Supersport.Az UEFA Çempionlar Liqasında Liqa mərhələsini keçib pley-off mərhələsinə vəsiqə qazanacağı təqdirdə, "Qarabağ"ın qarşılaşa biləcəyi rəqiblərin adlarını əldə edib.
Türkiyə mətbuatı Ağdam klubunun növbəti raundda hansı komandayla üzləşmək ehtimalını faizlə verib.
Azərbaycan çempionu “Qarabağ” Bakıda Almaniya təmsilçisi "Ayntraxt" 3:2 hesabı ilə məğlub edərək 3-cü qələbəsini qazanıb.
"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin son görüşündə İngiltərənin "Liverpul"uyla qarşılaşacaq. Ağdam təmsilçisi son oyundan əvvəl pley-offa yüksəlmək üçün fürsət qazanıb.
Qurban Qurbanovun komandası hazırda turnir cədvəlində 10 xalla 18-cidir.
Çempionlar Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.