"Qarabağ" "Borussiya"nın yetirməsini gətirdi
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Almaniyalı vinger Reda Xadranın transferi ilə bağlı Fransanın "Reyms" klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, 10 nömrəli formanı geyinəcək.
25 yaşlı hücumameylli yarımmüdafiəçi Dortmund “Borussiya”sının yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Reda “Birminhem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə keçən futbolçu “Havr”da da çıxış edib. Xadra Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, o, yay transfer pəncərəsində "Qarabağ"ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.