"Neftçi" məğlub oldu, futbolçusu qovuldu

"Neftçi" məğlub oldu, futbolçusu qovuldu
Futbol
122
30 Avqust 2026 - 22:11

Azərbaycan premyer liqasında III tur davam edir.


Supersport.Az xəbər verir ki, bu gün iki oyun keçirilib.


"Kəpəz" "Turan Tovuz"a 1 qolla qalib gəlib.


"Zirə" "Neftçi"ni 1:0 hesabıyla məğlub edib. Yuri Vernidubun baş məşqçisi olduğu komandanın futbolçusu Elvin Bədəlov 70-ci dəqiqədə meydandan qovulub.


"Zirə" "Neftçi"ni məğlub edərək 9 xalla liderliyə yüksəlib. "Ağ-qaralar" 7 xalla ikinci pilləyə düşüb.


Azərbaycan premyer liqası

III tur

30 avqust

18:00 "Kəpəz" -"Turan Tovuz" 1:0 

Qol: Viktor Stina 47

Gəncə şəhər stadionu

20:15 "Zirə" - "Neftçi" 1:0 

Qol: Qismət Alıyev 45+3

Qırmızı vərəqə: Elvin Bədəlov 70

Zirə İdman Kompleksinin stadionu


Dünən Qəbələdə Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Şamaxı"yla qolsuz heç-heçəyə razılaşıb.


"Şəfa" "İmişli"yə 0:1 məğlub olub.

Digər xəbərlər