UEFA Gəncə stadionuna yüksək qiymət verdi

UEFA Gəncə stadionuna yüksək qiymət verdi
Futbol
125
30 Avqust 2026 - 18:00

Supersport.Az xəbər verir ki, Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.


Arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb. Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.


Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

Digər xəbərlər