"Sabah"ın Çempionlar Liqası oyunları bu stadionda olacaq

"Sabah"ın Çempionlar Liqası oyunları bu stadionda olacaq
Futbol
83
05 Sentyabr 2026 - 13:41

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi arena məlum olub.


Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Bu məlumat UEFA-nın rəsmi saytında verilib.


"Sabah" evdə "Slaviya" (Çexiya), "Borussiya" (Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə oynayacaq.


"Sabah"ın ev oyunlarının təqvimi:


II tur


13 oktyabr

20:45. "Sabah" – "Slaviya" (Çexiya)


III tur


20 oktyabr

20:45. "Sabah" – "Borussiya" (Almaniya)


V tur


25 noyabr

21:45. "Sabah" – "Barselona" (İspaniya)


VII tur


20 yanvar

21:45. "Sabah" – "Napoli" (İtaliya)

Digər xəbərlər