Argentina finalda İspaniyaya rəqib oldu

Argentina finalda İspaniyaya rəqib oldu
Futbol
196
16 İyul 2026 - 01:00

Dünya çempionatında ikinci finalçı bu gün məlum olub.


Supersport.Az xəbər verir ki, İngiltərə "Atlanta Stadium"da son çempion Argentina ilə mübarizə aparıb. 


Oyun gərginliyilə yadda qalıb. İngiltərə yığması hesabda irəli çıxsa da, Argentina əzmkar mübarizəylə qələbə qazanıb. Lionel Messinin iki effektli ötürməsiylə komandası 2:1 hesablı qalib gəlib.


Argentina finalda İspaniyaya rəqib olub.


Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olub.


Qeyd edək ki, İspaniya - Argentina finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Fransa və İngiltərə üçüncü yer uğrunda mübarizə aparacaq.



15 iyul


23:00. İngiltərə - Argentina 1:2

Qollar: Entoni Qordon 55 - E.Fernandes 85, L.Martines 90+2.


14 iyul

Fransa - İspaniya - 0:2

Digər xəbərlər