"İmişli stadionuyla bağlı razılığa gələ bilmirik" - Video

"İmişli stadionuyla bağlı razılığa gələ bilmirik" - Video
Futbol, Eksklüziv, Video
114
16 İyul 2026 - 15:25

Supersport.Az "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlovun stadionla bağlı açıqlamasını videoya çəkib.


"Qubada stadionla bağlı çox əziyyət çəkdik. Bizdən asılı olmayan səbəblərdən problemləri aradan qaldıra bilmirdik. Yevlax şəhər stadionu standartlara uyğundur, UEFA kateqoriyasına sahibdir. Bir neçə çətinlik var. Startda çətinliklər ola bilər. Amma aradan qaldıracağıq.


İmişlidə əvvəlki stadionla bağlı razılığa gələ bilmirik. İndi fəaliyyəti yoxdur. İcra hakimiyyətinə müraciət etmişik. Özümüzə məxsus stadion tikmək istəyirik. Təyinatı ilə bağlı çətinlik olur. Bununla bağlı ən yaxın zamanda məlumat verərik. İş gedir.


Stadionla bağlı problem elədir ki, konkret cavab vermək çətindir. Bir neçə yoldaşla danışmışıq, sirr deyil. Heydər Əliyev adına İmişli şəhər stadionu tək-tük arenalardandır ki, dörd tərəfində tribuna var. O stadionla fəxr etmişik. Amma o torpaq Həmkarlar Təşkilatına, binası isə MKT şirkətinə məxsusdur. Onlarla razılığa gələ bilmirik. Həmkar satış etmək istəmir, MKT ilə görünməyən rəqabətləri var. Bizim MKT ilə çətinliyimiz yoxdur, bəlli məbləğ deyirlər. Amma nə satdıqlarını bilmirlər. Əvvəllər daha rahat olub. Bəzi stadionlar var ki, cüzi məbləğlə kluba satıblar. Gənclər və İdman Nazirliyi və icra hakimiyyətinə müraciət etmişik. Hələ ki, həll yolunu tapa bilmirik". 

Digər xəbərlər