"Qarabağ"ın İslandiya sınağı

"Qarabağ"ın İslandiya sınağı
Futbol
143
16 İyul 2026 - 15:00

Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununu keçirəcək.


Supersport.Az z xəbər verir ki, "Thróttarvöllur" stadionunda oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.


Ağdam təmsilçisi ilk matçda 3:0 hesablı qələbə qazanmışdı. 


Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 


00:00. "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan)


Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun

Digər xəbərlər