"İmişli"dən "pələng" loqo təqdimatı - Video
Futbol, Eksklüziv, Video, Foto
129
16 İyul 2026 - 13:00
Supersport.Az "İmişli”nin yeni loqosunun təqdimatından videogörüntü hazırlayıb.
Tədbirdə klubun icraçı direktoru Aqşin Mürsəlov, UEFA Pro kateqoriyalı baş məşqçisi Fərid Namazov, PFL-in rəsmisi Elgiz Abbasov iştirak edib.
A.Mürsəlov yeni emblem haqda məlumat verib.
Premyer Liqa təmsilçisinin loqosunda qızılı və tünd göy rənglərdən istifadə edilib. Emblemdə klubun ləqəbi pələng də qeyd olunub.
Göy rəng Araz çayı və dərinlik, qızılı rəng isə məhsuldarlıq, dəyər deməkdir.