Qurban Qurbanov: "Komanda yorğun olsa da, hazırdır"
Futbol
129
15 İyul 2026 - 22:00
Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan) oyunundan əvvəl Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
"Komandamız oyuna tam hazırdır. Həm rəqibi artıq yaxından tanıyırıq, həm də oyunumuzu analiz etmişik. Düzdür, uzun yol qət etmişik, yorğunluq oldu. Buna baxmayaraq, inanıram ki, futbolçular sabah matça tam hazır olacaqlar və özlərini yaxşı motivasiya edəcəklər. Hava durumu da əlverişlidir, əsl futbol havasıdır. Heyətdə dəyişiklik ola bilər".