"Neftçi"nin baş məşqçisi Samir Abasovun "Qarabağ" qorxusu

"Neftçi"nin baş məşqçisi Samir Abasovun "Qarabağ" qorxusu
Futbol
362
01 Noyabr 2025 - 21:43

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 10-cu turunda "Kəpəz"i 5:1 məğlub edən "Neftçi"nin baş məşqçisi Samir Abbasov fikirlərini bölüşüb.


"Təbii ki, Abubakarın böyük rolu var. Uşaqlar təcrübəli futbolçunun oyununa uyğunlaşmağa çalışırlar. Amma təkcə bu gün yox, bütün matçlarda istəkli olmuşuq, hətta daha yaxşı oynadığımız da olub. Keçən dəfə də dedim, konfransı bir futbolçuya həsr edəcəyiksə, digər uşaqlara haqsızlıq etmiş olacağıq. Nəticədən razı qaldım, amma bəzi epizodlarda aşırı fərdi oynayırıq. Bununla belə, qələbədən sonra çox şeyə göz yummaq olar".


"Neftçi"nin məşqçisi "Qarabağ"dan qorxduğunu büruzə verib:


"Qarabağ"ın müdafiəsində heç bir boşluq yoxdur. Günü-gündən güclənirlər. Həmin matça qədər hələ vaxt var. "Qarabağ"a, Qurban Qurbanova "Çelsi" ilə oyunda uğurlar arzulayıram. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. İki yaxşı komanda bir-biri ilə oynayacaq".


Digər xəbərlər