Foto: Azərbaycan premyer liqası dünyada 50-cidir
Futbol, Eksklüziv, Foto, Reytinq
385
15 Noyabr 2025 - 09:05
Supersport.Az-ın əldə etdiyi məlumata görə, dünyanın ən güclü futbol liqaları açıqlanıb.
"Opta"nın versiyasında 20 çempionatın 16-sı Avropadadır.
Qiymətləndirmədə komandaların ortalama reytinqləri, ən yaxşı klub səviyyələrinə diqqət yetirilərək rəqabət dərinliyi və liqa keyfiyyəti nəzərə alınıb.
Dünyanın 411 liqasının yer aldığı reytinqdə ilk üç sırada İngiltərə, İspaniya və Almaniya çempionatlarıdır.
Azərbaycan Premyer Liqası 69 xalla 50-cidir.
Azərbaycan çempionatı, İspaniya ikinci liqası, Cənubi Kipr, Ekvador liqasından belə geridədir.