Azərbaycan millisi yerində saydı, ermənilər irəlilədi
Futbol, Eksklüziv, Reytinq
343
19 Yanvar 2026 - 22:57
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın futbol yığması yenə yerində sayıb.
Ayxan Abbasovun rəhbərlik etdiyi milli komanda 1132.97 xalla 127-ci pillədə qalıb.
SOCAR rəhbəri Rövşən Nəcəf 21 aydır ki, AFFA prezidenti olduğu müddətdə Azərbaycanın futbol yığması qələbə qazana bilməyib.
Türkiyə 1582.69 xalla 25-cidir.
Ermənistan 1196.08 xalla bir pillə qalxaraq 105-cidir.
Reytinqdə ilk üç yerdə İspaniya (1877.18 xal), Argentina (1873.33) və Fransa (1870) yer alıb.