Azərbaycan premyer liqasının qiyməti artdı: 125 milyon avroya - Foto

Azərbaycan premyer liqasının qiyməti artdı: 125 milyon avroya - Foto
Futbol, Foto, Reytinq
881
23 Dekabr 2025 - 19:19

Azərbaycan Premyer Liqasında mübarizə aparan komandalarının dəyəri açıqlanıb.


Supersport.Az xəbər verir ki, "transfermarkt" portalının siyahısına əsasən, Premyer Liqanın qiyməti 110,23 milyon avrodan 125,95 milyon avroya yüksəlib.


Azərbaycan çempionatında 12  308 futbolçudan 160-ı (51.9 faiz) legionerlərdir.


Premyer liqanın 12 klubu sırasında ən bahalı heyət "Qarabağ"a məxsusdur.


Premyer Liqanın son çempionu "Qarabağ"ın futbolçularının ümumi dəyəri 28,5 milyon avrodur.


"Sabah" (16,6 milyon avro) ikinci, "Zirə" (13,9 milyon avro) üçüncü yerdədir.


"Neftçi" PFK ise 12,13 milyon avroyla yuxarıdakı yerini itirib.


Azərbaycan Premyer Liqasının ən ucuz heyətə malik klubu "Karvan-Yevlax"dır - 4,18 milyon avro.


Ümumi siyahı belədir:


1. "Qarabağ" - 28,50 milyon avro

2. "Sabah" - 16,60 milyon avro

3. "Zirə" - 13,90 milyon avro

4. "Neftçi" - 12,13 milyon avro

5. "Turan Tovuz" - 10,30 milyon avro

6. "Sumqayıt" - 8,98 milyon avro

7. "Araz-Naxçıvan" 8,95 milyon avro

8. "Şamaxı" - 6,55 milyon avro

9. "Kəpəz" - 6,38 milyon avro

10. "İmişli" - 5,20 milyon avro

11. "Qəbələ" - 4,30 milyon avro

12. "Karvan-Yevlax" - 4,18 milyon avro

Digər xəbərlər