"Qarabağ" zirvədə möhkəmləndi
Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Supersport.Az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilir.
"İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"ı qəbul edib. Matçda qonaqlar qələbə qazanıb.
"Qarabağ" Suraxanıda "Karvan-Yevlax"la qarşılaşıb. Ağdam klubu 2 qolla qalib gəlib.
"Qarabağ" 29 xalla liderliyini möhkəmləndirib.
Azərbaycan Premyer Liqası
13-cü tur
29 noyabr (şənbə)
“İmişli” – ”Sabah" 0:3
Qollar: Amin Seydiyev, 54, Stiv Solvet, 60, Kahim Parris, 90+3
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Quba OİK stadionu, 14:30
“Qarabağ” – “Karvan-Yevlax” 2:0
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”, 17:00