Ramil Quliyevə Türkiyədə vəzifə verildi - Foto

Ramil Quliyevə Türkiyədə vəzifə verildi - Foto
Atletika, Digər, Eksklüziv, Foto
392
08 Yanvar 2026 - 19:50

Azərbaycanlı idmançı Ramil Quliyevə Türkiyənin "Fənərbağça" İdman Klubunda vəzifə verilib.


Ramil Quliyev "Fənərbağça"nın Atletika Departamentinin yeni rəhbəri təyin edilib.


Klub rəhbərliyi Ramilə yeni işində uğurlar arzulayıb.


Qeyd edək ki, Ramil Quliyev Türkiyə yığmasının heyətində dünya və Avropa çempionu olub. Ramil Azərbaycanda bəzi idman rəhbərlərinin qayğı göstərmədiyindən ölkəni tərk etdiyini bildirmişdi.

Digər xəbərlər