Ruslan Abışov: "Kubokda da hədəfimiz böyükdür"
Supersport.Az xəbər verir ki, Azərbaycan Kubokunda "Kəpəz"i mübarizədən kənarlaşdıran "Turan Tovuz"un məşqçisi Ruslan Abışov oyun haqda fikirlərini bildirib.
"Öncə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bütün idmançıları, məşqçiləri, idmanla məşğul olan hər kəsi təbrik edirəm. İlk oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol futbolçularda biraz arxayınçılıq yaratdı. Bu da oyuna öz təsirini göstərirdi. İkinci hissənin əvvəlində də erkən qol vurduq. Artıq ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda daha yaxşı epizodlar yarada bilərdik. Daha çox qol vura bilərdik. Artıq bu oyunu yaddan çıxarıb çempionat oyununa hazırlaşacağıq. Kubokda da hədəfimiz böyükdür. Finala qədər getmək istəyirik".