Şamaxıda heç-heçə razılaşması, "Qarabağ" darmadağın etdi

Şamaxıda heç-heçə razılaşması, "Qarabağ" darmadağın etdi
Futbol
211
08 Mart 2026 - 21:35

Azərbaycan Premyer Liqasında 23-cü turun daha iki oyunu keçirilib.


Supersport.Az xəbər verir ki, "Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edib. Komandalar 0:0 hesabına razılaşıblar.


"Araz-Naxçıvan" isə "Qarabağ"ın qonağı olub. Ağdam klubu rəqibini 6:0 hesablı darmadağın edib.


Turun qalan oyunları martın 9-da və 10-da keçiriləcək.


Azərbaycan Premyer Liqası

23-cü tur


8 mart


"Şamaxı" - "İmişli" 0:0

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Ceyhun Həşimov 

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Şamaxı şəhər stadionu


19:15 "Qarabağ" - "Araz-Naxçıvan" 6:0

Qollar: Montiel 15(p), Andrade 33,36, Duran 64 (p), 90, Musa Qurbanlı 83

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov

VAR: Rauf Cabarov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Tofiq Bəhramov adına Respublika Stadionu

Digər xəbərlər