Qurban Berdıyev: "Bu suala cavab vermək çətindir"

Qurban Berdıyev: "Bu suala cavab vermək çətindir"
Futbol
251
09 Mart 2026 - 23:11

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi"ni  səfərdə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev fikirlərini bildirib.


"Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi.

Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək".

- "Turan Tovuz" üçün həm kubok, həm də liqanın fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar mühüm əhəmiyyət kəsb edir" deyən təcrübəli mütəxəssis, "Turan Tovuz" artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?" sualına cavab verməkdə çətinlik çəkib:


"Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur".

Digər xəbərlər