"Şəmkir"ə məğlubiyyət verildi

"Şəmkir"ə məğlubiyyət verildi
Futbol
26
11 Mart 2026 - 15:05

Supersport.Az xəbər verir ki, AFFA-nın bu gün İntizam Komitəsinin iclasında "Şəmkir" - "Xankəndi" matçının keçirilməməsiylə bağlı qərar verilib:


"9 mart 2026-cı il tarixində keçirilməli olan II Liqada XVII turun "Şəmkir" – "Xankəndi" qarşılaşmasından əvvəl Şəmkir komandası əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmadığına görə, "Şəmkir" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 58.3, 77.1, 88, 94)".


"Xankəndi" FK turnir cədvəlində 48 xalla  liderdir.

Digər xəbərlər