"Turan" asanlıqla, "Sabah" çətinliklə yarımfinalda  

"Turan" asanlıqla, "Sabah" çətinliklə yarımfinalda  
Futbol
63
05 Mart 2026 - 20:55

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçirilib.


Supersport.Az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub. 


"Kəpəz" "Turan"la üz-üzə gəlib. Tovuz klubu 2:0 hesablı qələbə qazanıb. "Sabah" isə "Qəbələ"nin qonağı olub. Əsas və əlavə vaxtı bərabərliklə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında daha dəqiq olan Bakı komandası yarımfinala yüksəlib.


Azərbaycan Kuboku

1/4 final mərhələsi, cavab oyunları


5 mart


14:30 "Kəpəz"- "Turan Tovuz" 0:2

Qollar: Xorxe Silva 13, Hayderson Hurtado, 50

İlk oyun 0:1

Yevlax şəhər stadionu


18:00 "Qəbələ" - "Sabah" 3:3

Qollar: İsmael Akinade, 88, 90, Nuğaay Rəşidov, 114 - Timoteuş Puxaç, 31, 62, Coy Lens Mikels, 105

Qırmızı vərəqə: Adriel Ba Lua, 48

Penaltilər seriyası: 2:4

İlk oyun 0:0

Qəbələ şəhər stadionu

Digər xəbərlər