Avropanın üçqat çempionu millimiz alqışlandı - Foto-Video
Supersport.Az Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yeni tarix yazaraq vətənə dönən yunan-Roma güləşi üzrə milli komandanı videogörüntüyə alıb.
Bakının hava limanında azarkeşlər üçqat Avropa çempionu yığmanı alqışlarla qarşılayıb.
Millinin keçmiş baş məşqçisi Elçin Cəfərov da idmançıları qucaqlayaraq təbrik edib.
Olimpiya, dünya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov, millinin kapitanı, dördqat dünya, ikiqat Avropa çempionu Eldəniz Əzizli də qitə yarışında yığmayla birgə olub.
İranlı baş məşqçi Muhamməd Bənanın rəhbərliyində Azərbaycan millisi 133 xalla üçüncü dəfə Avropa çempion olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.
Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.