Çempionlar Liqası finalında PSJ "Arsenal"a rəqib oldu
Futbol
100
07 May 2026 - 07:17
UEFA Çempionlar Liqasında ikinci finalçı məlum olub.
Supersport.Az xəbər verir ki, "Bayern" PSJ-ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Çempionlar Liqası qalibi PSJ ilk oyundakı qələbə ilə finala yüksələrək İnigiltərə "Arsenal"ına rəqib olub.
Matç mayın 30-u saat 20:00-da Macarıstan paytaxtı Budapeştdə keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
6 may
23:00 "Bayern" - PSJ 1:1
Qollar: H.Keyn, 90+4 - O.Dembele,3
İlk oyun 4:5