"Qalatasaray"da "çempionuq" qadağası 

"Qalatasaray"da "çempionuq" qadağası 
Futbol
161
06 May 2026 - 06:41

Supersport.Az xəbər verir ki, "Qalatasaray"da "Antalyaspor" matçı ərəfəsində rəhbərlik bir sıra qərarlar verib.


👉🏻 Bazada "çempionuq” kəliməsinin deyilməsi qadağan olunub.

👉🏻 Komandanın düşərgəsinə qonaqların buraxılıması dayandırılıb.

👉🏻 Baş məşqçi Okan Buruk matç gününə kimi bazada qalacaq. 

👉🏻 Futbolçular ev oyununa rəğmən klubun bazasında olacaq.


"Qalatasaray" ötən tur "Samsunspor"a 1:4  hesablı məğlub olduğundan qorxuya düşüb.

İstanbul klubu mayın 9-da "Antalyaspor"u qəbul edəcək. "Qalatasaray" bu oyunda ən azı heç-heçə etsə, çempion olacaq. 

Türkiyə superliqasının yekunlaşmasına 2 tur qalıb. "Qalatasaray" 32 turdan 74 xalla liderdir. "Fenerbahçe" 70 xalla ikincidir. "Trabzonspor" 66 xalla üçüncüdür.

Digər xəbərlər