Azərbaycan (AFFA) yığması dünya reytinqində gerilədi

Azərbaycan (AFFA) yığması dünya reytinqində gerilədi
Futbol, Eksklüziv, Reytinq
98
07 İyun 2026 - 19:31

Supersport.Az-ın məlumatına görə, FIFA-nın milli komandaların yeni reytinq cədvəlində Azərbaycanın (AFFA) futbol yığması geriləyib.

 

Buna səbəb Ayxan Abbasovun rəhbərlik etdiyi millininMaltayla yoxlama oyununda məğlub olmasıdlr.


Azərbaycan yığması 1130.26 xalla iki pillə geriləyərək 126-ci pilləyə düşüb.


SOCAR rəhbəri Rövşən Nəcəfin 26 aydır ki, AFFA prezidenti olduğu müddətdə Azərbaycanın futbol yığması uğursuzluqlarla yadda qalıb.


Türkiyə 1605.73 xalla 22-ci,  Özbəkistan 1461.21 xalla 50-ci yeri tutur.


Ermənistan 1191.33 xalla bir pillə enərək 107-cidir.


Dünyanın 211 ölkəsinin olduğu reytinqdə Argentina yığma komandası (1876.12 xal) iki pillə irəliləyərək liderliyə yüksəlib.


İspaniya 1873.01 xalla ikinci yerdə qalıb.


Fransa 1869.43 xalla iki pillə düşərək üçüncüdür.


Mərakeş (1756.94 xal) bir pillə irəliləyərək 7-cidir.


Digər xəbərlər