"Sabah"da hər futbolçuya 80 min manat mükafat - Eksklüziv

"Sabah"da hər futbolçuya 80 min manat mükafat - Eksklüziv
Futbol, Eksklüziv, Tribuna
160
09 May 2026 - 22:00

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sabah" Futbol Klubunun sponsorları komandaya böyük məbləğdə mükafat söz veriblər.


Paytaxt klubu Azərbaycan Premyer Liqasının  sona 4 tur qalmış çempionluğu təmin edib. 


"Sabah" ölkə kubokunun finalında "Zirə"ni sınağa çəkəcək. 


Çempionlar qızıl dubl edəcəyi təqdirdə, daha çox mükafat qazanacaqlar. 


Supersport.Az-a "Sabah" klubunda iki titul üçün komandanın hər üzvünə 50-80 min manat vəd edildiyi bildirilib.


Mayın 13-də ölkə kubokunun qalibi müəyyənləşdikdən sonra mükafat veriləcəyi gözlənilir.


Qeyd edək ki, litvalı mütəxəssis Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah" 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.


Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. "Qarabağ" 12, "Neftçi" 9, "Kəpəz" 3, "Şəmkir", “Bakı", "İnter" (indiki "Şamaxı") hərəyə 2, "Turan" və "Xəzər Lənkəran" hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.


"Sabah" son 18 mövsüm bu siyahıya düşən ilk komandadır. 

Digər xəbərlər