"Şəfa"nın bərbad vəziyyəti

"Şəfa"nın bərbad vəziyyəti
Futbol, Tribuna
532
15 İyun 2026 - 06:10

Supersport.Az xəbər verir ki, futbol agenti Adil Mirzəzadə "Şəfa" klubunun bərbad fəaliyyəti barədə paylaşım edib.


"Hörmətli, dostlar, tanışlar, qardaşlar mənim "Şəfa" klubu ilə əməkdaşlığım yoxdur. Açığı Sardar Salmanzade və Elgiz Karamlinin haqqı yeyiləndən sonra ora ilə danışmaq fikrim yox idi, amma özümə yaxın bildiyim bir qardaş “Şəfa” ilə bağlı işlərdə yardım edəcəyini dedikdən sonra bir iki transfer məsələsini danışdım, büdcə aşağı olduğu üçün onlar da reallaşmadı. Xülasə, oyunçu təkliflərinizi zəhmət olmasa Əfrana deyin. Əfran çox təcrübəli mütəxəssisdir. Onun bir çox məsələlərdə çox yaxşı təcrübəsi var. Məsələn, yadıma gəlir, 2013-cü ildə “Qarabağ”ın futbolçuları ilə köhnə bazada, Ruslan 93də idik. Əfranın pula görə “Qarabağ”dan ayrılıb “Bakı”ya imza atdığını eşitdik, öz komanda yoldaşları “Niyə gəlmisən bura  məşqə, get indidən “Bakı” ilə məşqə çıx “ deyirdilər. Özü pula görə gedəndə SÜNİ qiymət artımından danışmırdı…

BU GÜN “AZƏRBAYCANLI FUTBOLÇULAR SÜNİ ŞƏKİLDƏ QİYMƏT QALDIRIRLAR” deyən təcrübəli Əfrandır! Əfran o qədər təcrübəlidir ki, ona çörək verən “Araz Naxçıvandan”da vaxtında büdcədə pul azalan vaxtı çıxıb gedir. Nə hikmətdirsə  Əfran kluba gələndən sonra idarəçilikdə problem yaranır və Sərdar Salmanzadə də Əfran gələndən sonra çıxıb gedir. Özü də CBC sportda idarəçilikdə problemlər var deyir. Kim nə deyir deysin, hər iki şəxsin haqqı yeyildi. Həm Elgiz Kərəmlinin, həm də Sərdar Salmanzadənin!


XÜLASƏ: “Şəfa” yaxşı işlər də görür. Bunları da demək lazımdır. Məsələn, dünyada bir ilkə imza atıb “Şəfa”. Milli komandanın baş məşqçisi gizli şəkildə komandanı idarə edəcək. Transfer məsələsində Elnur Çodarov futbolçularla əlaqə saxlayır. Komandaya da taktikanı Ayxan Abbasov verəcək. Ayxan müəllimə böyük hörmətim var və onunla heç bir problemim yoxdur. Böyük ehtimalla millidən gedəndən sonra da “Şəfa”ya gələcək. Öz şəxsi işidir. Jurnalist dostlarımdan bir məsələni də xahiş etmək istəyirəm. Təcrübəli mütəxəssis Əfran İsmayılovdan soruşsunlar ki, “Şəfa”nı millinin baş məşqçisi idarə edəcəkdisə, (Yəqin ki təkzib edəcək ) nə üçün Elgiz Kərəmliyə heç olmasa biraz şans verilmədi? Nə üçün CBC sportda komandada idarəçilikdə problem var idi deyirdi? Hansı səbəblə? O yaxşı bilər bu sualların cavabını. 

Birdəki Əfran yəqin bilir ki, hədisdə yazılıb ki, "Qiyamət günü elə insanlar olacaq ki, çoxlu namaz, oruc və digər yaxşı əməllərlə gələcəklər, amma kiməsə söymüş, böhtan atmış, malını yemiş və ya HAQSIZLIQ etmiş olduqları üçün savabları həmin insanlara veriləcək. Savabları bitərsə, haqq sahiblərinin günahlarından onlara yüklənəcək”.

ƏFRAN bunları da hər halda yaxşı bildiyi üçün rahat hərəkət edir".

Digər xəbərlər