AFFA-da çürük kötüklər - Fərəcullayevin səhvləri

AFFA-da çürük kötüklər - Fərəcullayevin səhvləri
Futbol, Eksklüziv, Tribuna
122
13 Dekabr 2025 - 09:01

Azərbaycan futbolunda problemlər, çürük kötüklər çoxdur.


AFFA rəhbərliyi üzərinə düşənləri edə bilmir, səhv qərarlar bu sahəni bərbad vəziyyətə qoyub.


Qədim vaxtlarda uca bir kəndin sakini varmış. Fərəc adlı kişinin bağı, bağçası, meyvə ağacları bol idi. Meyvələri bazara çıxarıb satır və ailəsinə gün ağlayırdı.


Hər il bol nemət toplayan Fərəc kişi, bir gün səhər tezdən bağa çıxır və ağaclardan birinin sındığını görür. Güclü külək meyvə ağacını aşırmışdı. Fərəc kişi, kor-peşman ağacın dibini təmizləyir və sulayır ki, əmələ gəlsin. Günlər, aylar keçsə də, ağac çiçəklənmir və qurumağa doğru gedirdi. Pərişan olan Fərəc kişi, ağacı kökündən çıxarır və görür ki, ağacın kötüyü çürüyüb. Fərəc kişi, ağacın yerinə yeni, cavan köklü ağac əkir və bir müddət sonra bəhrəsini görür. 


Bizim Azərbaycan futbolu da Fərəc kişinin ağacına bənzəyir. Nəhayət ki, "Araz-Naxçıvan" -"Kəpəz" oyununa İnqilab Məmmədov, ardından "Şamaxı" - "Zirə" matçına təyinat aldı. "Qəbələ" - "İmişli" oyunu yaddan çıxarıldı. Bir-neçə tur kənarda saxlanılan İnqilab Məmmədov, unutduruldu. Amma biz unutmadıq.


İnqilab Məmmədovun ötən mövsüm "Qarabağ" - "Sabah" finalındakı səhvlərini də yaddan çıxarmaq olmaz.


AFFA Hakimlər Komitəsi, İnqilab etdiyi səhvi "Sabah" klubuna etsəydi, Rauf Allahverdiyev kimi ömürlük futboldan qovacaqdı. Amma yazıq "Qəbələ"nin haqqı yeyildi, çoxları susdu. Bu səhv bilərəkdən deyildi? Komitənin başı dəyişsə də, çürümüş kötük dəyişmir. İllərdir Azərbaycan hakimliyini çuxura yuvarlayan kötüklər, istədikləri kimi "at oynadırlar". Keçmişləri qara dumana bürünənlər indi hakimliyi buna sürükləyir. Alman getdi, türk getdi, belçikalı da getdi. Amma çürümüş kötüklər getmədi.


Azərbaycan futbolunun bağbanı, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, nə deyirsiniz bu hadisələrə?


İnqilab Məmmədov, çürük kötüklər kimlərə və niyə qulluq edirlər?


Supersport.Az

Digər xəbərlər