Həm "Qarabağ", həm də SSKA qalib gələ bilər" - Qurban Qurbanov
Futbol
77
23 İyul 2026 - 22:45
Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” - SSKA (Sofiya, Bolqarıstan) oyunundan (0:0) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.
"İlk dəqiqələrdən gərgin oyun oldu. Yaxşı komandaya qarşı mübarizə apardıq. Düşünürəm ki, bir o qədər baxımlı matç izləmədik. Hava sərin olsaydı, daha yaxşı oyuna şahidlik edə bilərdik. Cavab görüşündə daha yaxşı nəticə qazanmağa çalışacağıq. Həm "Qarabağ", həm də SSKA qalib gələ bilər".
Qeyd edək ki, "Qarabağ" SSKA ilə cavab oyununu iyulun 30-da Sofiyada keçirəcək.