Azərbaycan İsraili də geridə qoya bilər

Azərbaycan İsraili də geridə qoya bilər
Futbol, Eksklüziv
105
22 İyul 2026 - 06:51

Supersport.Az-ın məlumatına görə, Azərbaycanın UEFA reytinqində əmsalı artmaqda davam edir.


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah" Finlandiya çempionu "Kups"u məğlub etdiyi üçün ölkəmizin hesabına 0.250 xal əlavə olunub.


Azərbaycan hazırda 20.312 xalla UEFA reytinqində 55 ölkə sırasında 26-cı pillədədir. Ölkəmiz İsraili (20.750 xal) də geriyə atmağa çox yaxındır.


"Neftçi", "Qarabağ", "Zirə" Avropa yarışında qələbə qazansa, Azərbaycan UEFA reytinqində 25-ci pilləyə qalxa bilər.


İngiltərə (98.519 xal) liderdir.


Azərbaycan bu mövsüm 7.000 xalla UEFA-nın assosiasiyalar reytinqində 54 ölkə sırasında birincidir.



Digər xəbərlər