Azərbaycanda iranlı güləşçi ayda 37 min manat qazana bilər
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın sərbəst güləş yığmasını seçən iranlı pəhləvan Amir Rıza Məsumi ölkəmizdə böyük qazanc əldə edəcək.
Amir Rızanın aylıq maaşının 22 min dollar (37 min 414 manat) olacağı bildirilir.
İran mətbuatı belə məlumat yayıb.
Amir Rıza uğrunda Azərbaycanla Ermənistan arasında mübarizə gedib. İranlı güləşçi ölkəmizi seçib. Bunda maddi təklifin böyük önəmi olub.
Məsumi sosial şəbəkədə bir müddət əvvəl İrəvanda, sonra Bakıdakı şəklini paylaşıb.
Saytımızda Amir Rıza Məsuminin Azərbaycan yığma komandasının düşərgəsində fotosunu vermişik.
Xatırladaq ki, 21 yaşlı Amir Rıza Məsumi 125 kq çəki dərəcəsində son Asiya çempionu, U-20-də dördqat dünya çempionu, U-23-də ikiqat dünya çempionu və U-17-də bir dəfə dünya çempionu olub.