"Qarabağ" Türkiyədə - Fotolar
Futbol, Foto
472
10 Yanvar 2026 - 21:17
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın qış təlim-məşq toplanışını ikinci mərhələsini keçirmək üçün bu gün Türkiyəyə yollanıb. Ağdam komandası artıq Antalyaya çatıb.
Birhəftəlik hazırlıq müddətində "Qarabağ" yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın "Zaqlebie Lubin" kollektiviylə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama oyunları keçirəcək.
Qeyd edək ki, "Qarabağ" yanvarın 21-də Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.