Millimiz üçqat Avropa çempionu oldu
Olimpiya, Digər, Güləş
141
23 Aprel 2026 - 00:45
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Supersport.Az-ın məlumatına görə, millimiz uğurlu çıxış edərək titulu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla üçüncü dəfə Avropa çempion olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.
Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.