AFFA-nın cərimələdiyi klublar

AFFA-nın cərimələdiyi klublar
Futbol
34
17 Mart 2026 - 18:33

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Supersport.Az PFL-ə istinadən xəbər verir ki, İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edilib:


14 mart 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXIV turun “İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);


15 mart 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXIV turun “Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qəbələ” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);


15 mart 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXIV turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);

Digər xəbərlər