Eksklüziv: "Qarabağ" UEFA reytinqində 18 pillə yüksəldi - Foto

Eksklüziv: "Qarabağ" UEFA reytinqində 18 pillə yüksəldi - Foto
Futbol, Eksklüziv, Reytinq
509
02 Oktyabr 2025 - 08:49

Azərbaycan çempionu "Qarabağ" Futbol Klubunun beynəlxalq uğurları həm nüfuzunu, həm də reytinqini artırır.


Ağdam komandası 2024/25 mövsümündə 69-cu pillədə qərarlaşmışdı. 


Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın Çempionlar Liqasında qələbələri artırması UEFA reytinqində daha çox irəliləməsinə səbəb olub. Azərbaycanın 12 qat çempionu "Qarabağ" hələ ki, bu mövsüm 18 pillə irəliləyərək, 51-ci yerə yüksəlib.

Azərbaycan çempionu məşhur klubları da geridə qoyub.


Qeyd edək ki, UEFA reytinqində Avropanın 415 klubu yer alıb.


Digər xəbərlər