Musa Qurbanlının 100-cü oyunu
Futbol
116
16 Mart 2026 - 15:29
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Musa Qurbanlı Premyer Liqada100-cü oyununu keçirib. Futbolçunun yubileyi XXIV turun "Zirə" ilə səfər görüşündə (3:1) olub. O, matçın 85-ci dəqiqəsində meydana daxil olub.
Qurbanlı Premyer Liqada 2020/21 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, "Qarabağ"da 91 (41 qol), "Zirə"də 9 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Musa Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirən 453-cü futbolçu olub.