Konfrans Liqasının finalçıları müəyyənləşdi
Futbol
53
08 May 2026 - 07:47
UEFA Avropa Konfrans Liqasında da finalçıların adları məlum olub.
Supersport.Az xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" İngiltərədə "Kristal Pelas"la qarşılaşıb.Hər iki matçda qələbə qazanan İngiltərə təmsilçisi finala yüksəlib.
"Strasburq" isə "Rayo Valyekano" ilə mübarizə aparıb. İspaniya klubu iki matçda da qalib gələrək finala keçib.
Turnirin finalı mayın 27-də Almaniyanın Leyptsiq şəhərində keçiriləcək.
UEFA Avropa Konfrans Liqası
Yarımfinal mərhələsi. Cavab oyunları
23:00 "Kristal Pelas" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) 2:1
ilk oyun - 3:1
23:00 "Strasburq" (Fransa) - "Rayo Valyekano" (İspaniya) 0:1
ilk oyun - 0:1