"Qarabağ"ın qonağı olacaq "Çelsi"dən qələbə - Foto-Video
Futbol, Video, Foto
398
02 Noyabr 2025 - 08:33
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda "Qarabağ"ın qonağı olacaq "Çelsi" İngiltərə premyer liqasının 10-cu turunda London derbisinin qalibi olub. İtaliyalı mütəxəssis Enso Mareskanın komandası "Tottenhem"lə matçda 34-cü dəqiqədə Joao Pedronun qoluyla qələbə qazanıb. Braziliyalı futbolçunun "Çelsi"ylə müqaviləsinin bitməsinə 8 il qalıb. Komanda 17 xalla 5-cidir.