Toral Bayramov azarkeş ordusu qarşısında oynadı - Foto

Toral Bayramov azarkeş ordusu qarşısında oynadı - Foto
Futbol, Foto, Arena
115
27 İyul 2026 - 16:56

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi "Bursaspor" son Ukrayna çempionu "Şaxtyor”la yoxlama matçı keçirib. 


Supersport.Az xəbər verir ki, Bursada türk mütəxəssis Arda Turanın baş məşqçsii olduğu Donetsk təmsilçisylə oyun 0:0 hesablı bitib. Matçı 37 mindən çox azarkeş izləyib.


T.Bayramov matça start heyətdə başlayıb, ikinci hissənin əvvəlində - 46-cı dəqiqədə Barış Göklə əvəzlənib.


Qeyd edək ki, Toral Bayramov ötən ay "Qarabağ"dan "Bursaspor"a keçib, millinin üzvüdür.




Digər xəbərlər