"Turan"dan ayrıldı, "Kəpəz"ə keçdi
Futbol
362
07 Yanvar 2026 - 19:45
Supersport.Az xəbər verir ki, "Kəpəz" qış fasiləsində ilk transferini reallaşdırıb. Gəncə təmsilçisi transfer dönəmində Veysəl Rzayevin keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "Kəpəz"in formasını geyinəcək. Veysəl mövsümün ilk yarısını "Turan-Tovuz"da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran Rzayev, Ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.